FashionFrame Life

Möhtəşəm dəb bayramı- Azerbaijan Fashion Week – ilk günün hesabatı

Böyük fərəh hissi ilə Azerbaijan Fashion Week-in 5-ci yubiley həftəsinin başlandığını qeyd edə bilərik.

Belə ki, möhtəşəm həftə ilk öncə Müasir Bakının simvolu sayılan Fairmoint Otelində media nümayəndələri üçün press- konfransla start götürdü. Tədbir təşkilatçıları və dizaynerlərin də qatıldığı bu konfransda media nümayəndələrinin sualları cavablandırıldı.

Günün ilk dəb nümayişi Daş Salnamə muzeyində dəb sevərlərə təqdim olundu. Jarkyn Baimakhanov, Tinatin, Eka Busuladze, K – Fabuel, Ulker Huseynova və  Elnara Bekirova-dan rəngarəng kolleksiya dəb sevərlərin yaddaşında hələ uzun müddət qalacaq.

Gecə Pasifico Lounge & Dining-da təmtəraqlı after-party ilə sona çatdı. İlk günün hesabat fotolarını sizlərə təqdim edirik.

Xatırladaq ki, dəb zamanı nümayiş olunan geyimləri Böyük Qala 42/19 ünvanında yerləşən şou-roomdan əldə edə bilərsiniz.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!