Moldova-Azərbaycan oyunu danimarkalı hakimlərə tapşırılıb

Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Moldova ilə səfər matçının hakimləri açıqlanıb.

Oyunun əsas referisi polşalı Damian Qrabovski olacaq. İkinci hakim funksiyasını isə onun həmyerlisi Dominik Tsipinski yerinə yetirəcək.

Qeyd edək ki, martın 9-da Moldovanın paytaxtı Kişinyovdakı “Futzal Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Bu komandalar arasında ilk oyun isə martın 4-də Bakı İdman Sarayında keçiriləcək. Matç saat 19:00-da başlayacaq.

Qeyd edək ki, millimiz seçmə mərhələdə Slovakiyanı 4:1, Yunanıstanı 3:0 hesabı ilə məğlubiyyətə uğradaraq 3-cü qrupun vahid lideridir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: