Molla Pənah Vaqifin 300 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib

Prezident İlham Əliyevin bu il yanvarın 12-də imzaladığı “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən ölkəmizdə ədibə həsr olunan silsilə tədbirlər keçirilir.

Bu tədbirlərdən biri də bu gün – oktyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində gerçəkləşən ədəbi-bədii musiqili gecə olub.

Frame.az xəbər verir ki, tədbir “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşıb.

Konsertdə Ehtiram Hüseynov, Abgül Mirzəliyev, Məmməd Nəcəfov, Babək Şuşalı, Xətayi Hacıyev, Zeynal Əhmədov və Pərviz Qasımov “Aypara” instrumental ansamblının müşayiəti ilə Vaqifin qəzəlləri üstə muğamlar ifa ediblər.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: