Tanış OlaqTeatrTəqdimat

Mordoviyanın Musiqili Teatrı Azərbaycan Dövlət Musiqili Teatrının dirijorunu dəvət etdi

21 oktyabr 2018-ci il tarixində Rusiyanın Mordoviya Respublikasının Mədəniyyət, Milli siyasət, Turizm və Arxiv işləri Nazirliyi və Azərbaycan Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Mordoviya Respublikasının İ.M.Yauşeva adına Dövlət Musiqili Teatrında görkəmli bəstəkar, Xalq artisti Qara Qarayevin “Yeddi gözəl” baleti nümayiş olunacaq.

Mordoviya Respublikasının İ.M.Yauşeva adına Dövlət Musiqili Teatrının rəhbərliyi P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının müəllimi, Xalq artisti Fərəc Qarayevin məsləhəti ilə Azərbaycan Dövlət Musiqili Teatrının gənc və istedadlı dirijoru Orxan Həşimovu bu baletdə orkestri idarə etməsi üçün dəvət edib.

Qeyd edək ki, 2017-ci ildə Moskva Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirən Orxan Həşimov gənc olmasına baxmayaraq, indiyə qədər bir çox müsabiqə və festivallarda – 2015-ci ilin may ayında Moskvada keçirilən “Musical Art” beynəlxalq müsabiqəsində diploma layiq görülmüş, həmin ilin noyabrında Budapeştdə keçirilən Antal Dorati adına Beynəlxalq Drijorluq müsabiqəsində I yerə çıxmış, 2016-cı ildə Kremldə “Мелодика поколений” festivalında isə Rusiya Federasiyasının Prezident orkestri ilə debüt konserti verərək diploma layiq görülmüşdür. Hal-hazırda Azərbaycan Dövlət Musiqili Teatrında çalışan gənc dirijor Moskva Konservatoriyasının Simfonik orkestri, Moskva Konservatoriyasının Opera Teatrının Simfonik Orkestri, Rusiya Federasiyasının Simfonik Orkestri, Polşanın Gdansk şəhərində F.Şopen adına Polşa-Baltik Simfonik orkestri və Budapeşt MAV simfonik orkestri ilə əməkdaşlıq edir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!