Frame LifeSosial

Moskvada ənənəvi olaraq dondurma festivalı keçirilib

Festival zamanı rus şou-biznesinin bir sıra nümayəndələri könüllü olaraq dondurma satışında iştirak edib.
Festivala gələn tamaşaçılar Valeriy Meladze, Diana Qurtskaya, Lena Temnikova, İrina Peqova və Zara kimi məşhurlardan dondurma alaraq, xeyriyyə aksiyasında iştirak ediblər.
Festival böyük marağa səbəb olub, yığılan bütün mailiyyə vəsaiti «Я есть!»-«Mən Varam» adlı xeyriyyə fondunun hesabına köçürülüb.
Qeyd edək ki, fond aktyor ailəsi olan Yeqor Beryayev və Kseniya Alferova tərəfindən təsis edilib.
Fondun əsas məqsədi internat evindən ayrılan uşaqlara gələcək həyatlarını qurmaqda yardım etməkdir.
Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!