CinemaEventsTəqdimatƏyləncə

“Yırtıcı” filminin qapalı nümayişi keçirilib

Dünən, 11 sentyabr  tarixində Park Cinema Flame Towers kinoteatrında “Yırtıcı” filminin premyerasına 2 gün qalmış qapalı nümayişi baş tutdu. Tədbirdə KİV nümayəndələri, media əhli, bloggerlər, aktyorlar, prodüser və rejissorlar iştirak etmişlər.

Kinoteatrın qonaqları filmin ilk tamaşaçılarından olub. Qapalı nümaişdən əlavə, qonaqlar Park Cinemanın Yanardağ şərab brendi, ŞehSu su brendi və şəhərimizin ən yaxşı bürger restoranı BurgerBomb-un dəstəyi ilə təşkil etdiyi furşetdən zövq aldılar.  Furşetdən, DJ AKG tərəfindən təşkil olunan musiqidən, fotosessiyadan və məzəli söhbətlərdən zövq almış qonaqlar birbaşa İMAX zalına, filmi izləməyə yollandılar.

Film “20th Century Fox”studiyası tərəfindən çəkilmiş bir sıra fantastik filmlərinin davamıdır. Filmin rejissoru Shane Black, “Dəmir Adam 3” filminin rejisoru olub və 1987-ci ildə ilk “Yırtıcı” filmində özü çəkilib.

Sikvelin baş qəhrəmanı keçmiş dənizçidir. O, yer üzündə pis niyyətli əcnəbi irqi məxluqları aşikar edir. Lakin bu məxluqların mövcud olduğuna ona heç kim inanmır. Gözlənilməz anda onun oğlu Yırtıcı ilə döyüşün əsas qəhramanına çevrilir. Uşaq dilləri çox tez öyrəndiyinə görə əcnəbi varlıqları başa düşə bilir.

Baş rollarda Boyd Holbruk, Trevante Rouds,Ceykob Trembley, İvonn Straxovski, Oliviya Mann, Tomas Ceyn, Edvard Ceyms Olmos, Ceyk Byüzi, Nayoll Metter və diqərləri çəkilib.

Filmi sentyabrın 13-dən  Park Cinemanın bütün kinoteatrlarında 2D, 3D, LaseR və IMAX 3D formatlarında izləmək mümkündür. Lakin bu hələ son deyil! Filmi rus, ingilis və türk dillərində dublyaj, həmçinin Azərbaycan dilində alt yazılarla izləmək mümkündür.

Park Cinema – Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə Park Bulvar, Metro Park, Zagulba Mall ticarət və əyləncə mərkəzləri, ölkədə yeganə IMAX formatlı nümayişlərin təqdim olunduğu Flame Towers daxildir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!