Mövsüm meyvələrindən ləziz çizkeyk

Mövsümə uyğun şirniyyat hazırlamaq istəyirsinizsə, köməkçiniz ola bilərik. Maskarpone pendiri ilə hazırlanmış çizkeyk həm çox dadlı, həm də yüngüldür.

İnqrediyentlər:
Maskarpone pendiri – 450 qr.
Yağlı smetan (30%) – 450 qr.
Yumurta – 3 ədəd
Vanilin – 5 ç.q.
Şəkər – ½ stəkan
Kərə yağı – 150 qr.
Peçenye- 300 qr.
Üyüdülmüş darçın – 1 ç.q.
Giləmeyvə ( zövqə görə)

Hazırlanması:
Peçenyeləri əridilmiş kərə yağında qırıntı halına gələnə kimi darçın əlavə edərək ovun. Sonra alınan qarışımı formaya əlavə edin. Qarışımın hündürlüyünü( 2,5-3 sm) nəzərə alaraq formaya yaxşıca yayın(qıraqlarda və dibində boşluqlar qalmasın). Qarışımı soyuducuya qoyun və pendirin hazırlanmasına keçin.

Maskarpone pendirini və smetanı ayrıca qabda mikserlə qatın, ehmalca üzərinə şəkər və vanilini əlavə edin. Alınan içliyi soyuducudakı formaya əlavə edərək eyni miqdarda hər tərəfə yayın. Bişirəcəyiniz formanın dibinə su düşməməsi üçün folqa ilə tam örtün, formanı su doldurulmuş daha dərin qabın içinə yerləşdirin. Su çizkeyk olan formanın ortasına kimi çatmalıdır.

Çizkeyki 160 dərəcə qızdırılmış sobada 60 dəqiqə bişirin. Bir saatdan sonra çizkeyki sobadan çıxararaq otaq temperaturunda soyumağa qoyuruq, tam soyuduqdan sonra bütün gecə soyuducuda saxlayırıq.

Çizkeyki zövqünüzə görə istənilən mövsüm giləmeyvəsi, nanə,krem və jelatinlə bəzəyə bilərsiniz.

Nuş olsun!

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: