EventsMədəniyyətTəqdimatƏn Son

Muğam mərkəzində Azərbaycanın dahi şairi Molla Pənah Vaqifin yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçiriləcək

Dekabrın 5-də Saat 19.00 da Beynəlxalq Muğam mərkəzində Molla Pənah Vaqifin poeziyasına həsr olunmuş ədəbi-bədii gecə keçiriləcək.
Tam fərqli formatda hazırlanan bu tədbir, öz novatorluğu ilə sözünü deyən “Söz” layihəsinin yeni təşəbbüsüdür.
Gecədə Tural Əhməd, əməkdar artislər Hüsniyyə Mürvətova və Elxan Rza, Kamal Yaşar, xanəndələr Almaxanın Əhmədli, Pərviz Qasımov, Elgiz Əliyev, tarzən Şəhriyar İmanov çıxış edəcəklər.

Azərbaycan Televiziyasının Mədəniyyət kanalı və Beynəlxalq Muğam mərkəzinin təşkil etdiyi bu tədbir “Söz” layihəsinin televiziya silsiləsinə də start verəcək.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!