Müasir İncəsənət Mərkəzi qalereyasında “CARO” adlı sərgi keçiriləcək

Frame.az xəbər verir ki, 2 iyun saat 19:00-da Müasir İncəsənət Mərkəzi qalereyasında tanınmış rəssam Aytən Abdullayevanın “CARO” adlı ilk fərdi sərgisi keçiriləcək.

Bu barədə sosial şəbəkələrdə event də yaradılıb.
“CARO” adlı sərgi Azərbaycan xalqının ənənəvi, dini və mədəni xüsusiyyətlərini əks etdirən və “’Ət və qəssablar” kateqoriyasına aid əsərlərinə həsr olunub.
Məlumat üçün qeyd edək ki, sərginin təşkilati dəstəyi NARGİZ MALL ticarət mərkəzində yerləşən “Collezione” və “Jimmy Key” mağazalarına, informasiya dəstəyi isə Frame.az saytına aiddir.

Açılış: 2 iyun, 2017. Saat 19:00
Ünvan: Müasir İncəsənət Mərkəzi. Bakı, İçəri şəhər, Qüllə küç. 15

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: