“Muğam axşamları” layihəsinin növbəti təqdimatında “Bayatı-Şiraz” muğamı səsləndi

Beynəlxlaq Muğam Mərkəzi muğamsevərləri növbəti dəfə bir araya topladı. Beləki iyunun 28-də Beynəlxlaq Muğam Mərkəzində “Muğam axşamları” layihəsi çərçivəsində “Bayatı-Şiraz” muğamı ifa olundu. Qeyd edək ki, bu layihəyə mayın 6-dan “Rast” muğamının ifası ilə start verilmişdir.

“Bayatı-Şiraz”ın müxtəlif şöbə və güşələri xanəndələr Murad Kəngərli, Ramiq Bayramov, Nisbət Sədrayevanın ifasında səsləndi. Onları xalq çalğı alətləri ansamblı (tarda-Kamal Nuriyev, kamançada-Elnur Salahov, bas tarda-Kamran Novruzov, qanunda Aysu Sadıqova, nağarada-Amil Mustafayev, balabanda-Mirağa Murtuzov) müşayiət etdi.

Xanəndələrin ifa etdiyi “Baytı-Şiraz” muğamı  tamaşaçılar tərəfindən böyük maraq və alqiılarla qarşılandı.

“Bayatı-Şiraz” muğamı yeddi əsas muğam dəstgahlarından biridir.

“Bayatı-Şiraz” muğamı bəstəkar Nəriman Məmmədov tərəfindən tarzən Əhməd Bakıxanovun ifasında nota alınmışdır.

Qeyd edək ki, 30 iyun tarixində “Muğam axşamları”layihəsi çərçivəsində “Şüştər” və “Humayun” muğamları səslənəcək. Biletləri şəhərin kassalarından, “Asan xidmət” mərkəzindən və iticket.az saytından əldə etmək olar. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: