Muğam Mərkəzində Buktreyler festifalı

Beynəlxalq Muğam Mərkəzində II Buktreyler festivalı keçirilib. Festival Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə keçirildi. Mərkəzdən Frame.az-a bildirlib ki, festival çərçivəsində kitab həvəskarları tərəfindən çəkilən 3 dəqiqəlik filmlər arasında ən yaxşıları münsiflər heyəti tərəfindən  seçilmiş və final mərhələsinə keçmişdir.

Tədbirdə ilk olaraq Azərbaycan Buktreylr festivalının təşkilatçısı,  kino aktyor Ruslan Sabirliyə çıxış etdi. O, bu festivalın gənc rejissorlar üçün ilk uğurlu addım olduğunu, həmçinin cəmiyyətdə kitaba böyük maraq yaratmaq üçün bir vasitə olduğunu bildirdi. Festivalda münsif kimi xalq aristi, aktyor, rejissor Rafiq Əliyev, əməkdar İncəsənət xadimi Orxan Fikrətoğlu, əməkdar İncəsət Xadimi, kinorejissor, kinoşünas, senarist və kinoredaktor Ayaz Salayev, Xalq artisti Həmidə Ömərova, əməkdar artist Sənubər İsgəndərli, əməkdar artist Nərgiz Cəlilova, əməkdar artist Murad Dadaşov, əməkdar artist Bəhram Bağırzadə, aparıcısı Rahib Azəri və Azər Qərib olub.

Daha sonra qaliblərin mükafatlandırılma mərasımi başladı. 3-üncü yerə üç iştirakçı, ikinci yerə iki, birinci yerə isə bir iştirakçı layiq görüldü. Üçüncü yerin sahibləri Buktreyler “İntihar” – Təranə Vahid (2013) Qalib: Cavidan Əlizadə, Buktreyler “Gecəqondu İnsanı” – Azər Elşadoğlu (2016) Qalib: Qalib Mirzəyev, Buktreyler “Çevriliş” – Sahilə İbrahimova (2014) Qalib: Vəli Məmmədov.  İkinci yerin sahibləri  Buktreyler Aqşin Yenisey (2012)  “Sənə məktub yazıram”  Qalib: Orxan Adığözəlov,  Bukteyler Müşfiq xan “O2” Qalib: Emin Həsənzadə, Birinci yerin sahibi “Nəfəs” – Ramiz Rövşən Qalib: Elnur Rzayev. Qaliblər diplom və pul mükafatı ilə təltif olundular.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Birinci Müavini  Vaqif Əliyev , Millət vəkili Qənirə Paşayeva,    kinoşünaslar,  tamaşaçılar sırasında idilər. Tədbir gur alqışlar ilə başa çatdı.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: