Muğam Mərkəzində gənc tarzənlərin konserti keçirildi

Aprelin 29-u Beynəlxalq Muğam Mərkəzində “Müasir Azərbaycanın gənc tarzənləri” alı konsert keçirilib. Tədbir Mədəniyyət kanalının təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Milli Konservatoriyasının birgə layihəsidir.

Mərkəzdən bildirlib ki, ilk öncə aparıcı  tamaşaçılara azərbaycan tarının tarixini, təkmilləşmə prosesi barəsində  məlumat verdi. Azərbaycanın məşhur tarzənlərinin adını çəkdi: Sadıqcan, Adil Gəray Məmmədbəyli, Əhməd Bakıxanov, Qurban Pirimov, Bəhram Mansurov, Əliağa Quliyev, Allahyar Cavanşirov, Hacı Xanməmmədov, Həbib Bayramov, Əhsən Dadaşovun, müasir tarzənlərdən isə Ramiz Quliyev, Möhlət Müslümov, Firuz Əliyev, Zamiq Əliyev, Adil Bağırov, Ağasəlim Abdullayevin adları çəkildi. Həmin axşam çıxış edən tələbələri dinləməyə Milli Konservatoriyanın rektoru, xalq artisti , professor Siyavuş Kərimidə gəlmişdi.

Milli Konservatoriyanın tələbələri Babayev  İbrahim, Cəfərov Mircavid, Ömərli Şamil, Rəhilə Məhərrəmova, Zaur Rzayev, Səxavət Məmmədov, Nurlan Cəbizadə, İsmayıl Zülfüqarov, Tofiq Məmmədov, Rüfət Mustafayev uğurla çıxış etdilər.

Onların ifasında A.Məlikovun “Prelüd”, V.Adıgözəlovun “Bakı”, F.Şopenin “Noktürn № 20”, H.Vəkilovun “Çılğın rəqs”, H.Rzayevin “Rəqs-tokkata” əsərləri, “Orta mahur”, “Bayatı-Şiraz”, “Xaric Segah”, “Çahargah”, “Zabul” muğamları  səsləndi.

Tədbirin sonunda bütün tarzənlər birlikdə S.Ələsgərovun “Daimi hərəkət” əsərini ifa etdilər. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: