EventsSosialTəqdimat

Muğam Mərkəzində keçiriləcək “Söz” ədəbi layihəsi Xocalı faciəsinin qurbanlarına həsr olunacaq

Beynəlxalq Muğam Mərkəzində keçiriləcək “Söz” ədəbi layihəsinin növbəti tədbiri Xocalı soyqırımına həsr ediləcək.

Muğam Mərkəzindən bildirilib ki, fevralın 25-də reallaşacaq gecədə “Unutmadıq!” adlı bədii proqram təqdim olunacaq.

Gecədə Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş şeir müsabiqəsinin finalçılarının ifaları və xalq musiqilərindən parçalar səsləndiriləcək.

“Xocalıya ədalət!”, “Xalqın gücü birliyində və yaddaşındadır!” şüarları ilə baş tutacaq tədbirə giriş sərbəstdir.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan, gənc istedadlı şairlərin ortaya çıxarılması, cəmiyyətə tanıdılması məqsədi ilə həyata keçirilən layihənin rəhbəri, şair Nigar Həsənzadədir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!