“Muğam və Mənəviyyat” adlı layihənin növbəti konserti keçiriləcək

Beynəlxalq Muğam Mərkəzində “Muğam və Mənəviyyat” adlı layihənin növbəti konserti keçiriləcək.
Dekabrın 25-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Televiziyası “Mədəniyyət” Kanalının birgə təşkilatçılığı ilə “Muğam və Mənəviyyat” layihəsi silsiləsindən “Hümayun” dəstgahı adlı növbəti konsert keçiriləcək.
Gecədə  Xalq artisti Gülyanaq Məmmədova “Çahargah”, Naxçıvan MR-in Əməkdar artisti Ehtiram Hüseynov “Şur”, xanəndə Kamilə Nəbiyeva “Zabul” muğamlarından parçalar, xalq mahnıları və təsniflər  səsləndirəcəklər.
Tanınmış xanəndə Fəraməz Gərmrudi  isə “Hümayun” muğamını ifa edəcəkdir.
Xanəndələri “Könül” instrumental ansamblı maşayiət edəcəkdir. Ansamblın bədii rəhbəri Xalq artisti, tarzən Əliağa Sədiyevdir.
Xanəndələri kamançada Əməkdar artist Elşən Mansurov, balabanda Əməkdar artist Şirzad Fətəliyev, nağarada Əməkdar artist Kamran Kərimov, bəm nağarada Hüsaməddin Əzizov, bəm tarda Qalib Həşimov, bəm kamançada Fərid Babayev müşayiət edəcəklər.
Biletləri şəhərimizin mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən və iticket. az (online) saytından əldə edə bilərsiniz.
Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: