“Muğam və Mənəviyyat”, “Rast Dəsgahı” adlı konsert proqramı reallaşacaq

Heydər Əliyev Sarayında “ Muğam və Mənəviyyat”, “Rast Dəsgahı” adlı konsert proqramı reallaşacaq.

Frame.az xəbər verir ki, musiqili gecə noyabrın 1-i keçiriləcək. Tədbirdə xalq artistləri Arif Babayev, Aygün Bayramova, Nəzakət Teymurova, əməkdar artist Ehtiram Hüseynov ifalarını səsləndirəcəklər.

Konsert saat 19:00-da başlayacaq. Fəraməz Gərmrudinin təqdimatında keçiriləcək gecədə xanəndələri “Könül” ansamblı müşayiət edəcək.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: