EventsMusiqiMədəniyyətTəqdimatƏn Son

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş muğam konserti keçiriləcək

İyunun 21- də Beynəlxalq Muğam Mərkəzində, Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin “Yeni nəsil dəvət edir” adlı birgə layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş muğam konserti keçiriləcək.
 Konsertdə Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Əməkdar artist Nuriyyə Hüseynova və onun  tələbələri çıxış edəcəklər.  Gecədə ADMİU-nun müəllimi, dosent, Əməkdar  artist Azad Şükürov Azərbaycan şairlərinin qəzəlləri və şeirlərini səsləndirəcək.
“Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində bir sıra tədbirlər həyata keçib: Azərbaycan və Fransız musiqisi axşamı, G. Figeyredonun “Ezop” tamaşası, M.F. Axundzadənin “Hekayəti Müsyo Jordan Həkimi-nəbatat və Dərviş Məstəli
Şah Caduküni Məşhur” və “Sərgüzəşti vəziri xani Lənkəran” tamaşaları, Etüd müsabiqəsi, Beynəlxalq qadınlar gününə , Novruz bayramına həsr olunmuş konsertlər, bəstəkar Elza İbrahimovaya həsr olunmuş gecə, aşıq musiqisi konserti və digər maraqlı tədbirlər.
Biletləri şəhərimizin kassalarından, “ASAN xidmət” mərkəzindən və İticket.az saytından əldə etmək olar.
Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!