EventsMuğamMusiqiMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası “Mədəniyyət”kanalının “Azərbaycan xalq mahnıları” adlı layihəsinin açılış mərasimi keçiril

Oktyabrın 8-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası “Mədəniyyət”kanalının “Azərbaycan xalq mahnıları” adlı layihəsinin açılış mərasimi keçirildi.

Tədbirə təşkilati dəstək göstərdilər:Azərbyacan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziyası və Radiosu, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası, Bakı Musiqi Akademiyası,Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Bəstəkarlar İttifaqı, AMEA- nın Folklor İnistitutu.

Tədbiri giriş sözü ilə “Mədəniyyət” kanalının direktoru, layihənin bədii rəhbəri Ramil Qasımov açdı.Ramil Qasımov öz çıxışında layihənin keçirilməsinin məqsədi və əhəmiyyəti haqqında məlumat verdi. O, qeyd etdi ki, layihə çərçivəsində birinci “Azərbaycan xalq mahnıları”adlı dəyirmi masa öz işinə başlayır və konfransın işində musiqi ictimaiyyətinin nümayəndələri, elmi-tədqiqat institutlarının konsert fəaliyyəti ilə məşğul olan müəssisələrin əməkdaşları iştirak edirlər.

Xalq mahnılarının tədirisi, bu sahədə elmi tədqiqat işləri aparan elm adamlarının fikirləri də konsfransın əhəmiyyətini artırır.

Mərasimdə Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov çıxış edərək, Bu günki konfran da öz məzmununa gör çox əhəmiyyətlidir. Çünki muğamlarımız və xalq mahnlılarımız bizim xalqımız üçün olduqca qiymətli mədəni sərvətdir. Biz onu qorumalı və gələcək nəsilə ötürməliyik. Məhz 2008-ci ildən Azərbaycanın birinci vitse-prezidenti,Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda dünyada analoqu olmayan Beynəlxalq Muğam Mərkəzi Muğamsevərlərin ixtiyarına verilib ki,bu da mədəni həyatımızın inkişafının bariz nümunəsidir. bu gün bu möhtəbər tədbirin məhz Beynəlxalq Muğam mərkəzində keçirilməsindən məmnunluq duyuruq və konfransa uğurlurlaq arzulayırıq.

Həmçinin Xalq artisti, professor, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Xalq artisti, professor, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, Ü.Hacıbəyli adına BMA-nın elmi işlər üzrə prorektoru Gülnaz Abdullazadə, Xalq artisti, professor Arif Babayev, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri, sənətşünaslıq üzrə elmlər doktoru Nailə Rəhimbəyli, BMA-nın baş müəllimi Ariz Abduləliyev, Milli Konservatoriyanın müəllimi, professor Fəttah Xalıqzadə, professor Minəxanım Təkləli, AMEA-nın Folklər İnstitutunun əməkdaşı Kəmalə Atakişiyeva, Azərbaycan Milli Konservatoriyasının müəllimi Jalə Qulamova, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Babayeva konfransda çıxış edərək “Azərbaycan xalq mahnıları”nın tarixindən, tədrisindən, musiqi mədəniyyətimizdə xalq mahnılarının tutduğu əhəmiyyətli mövqeyindən danışdılar.

Tədbirin aparıcısı Əməkdar mədəniyyət işçisi,sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmiraz qızı idi.

Festivalın növbəti konserti oktyabrın 9- da Saat 19:00 –da Beynəlxalq Muğam Mərkəzində keçiriləcəkdir. Giriş sərbəstdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!