Beynəlxalq Muğam Mərkəzində “Muğam- 2019” Televiziya Müsabiqəsi davam edir

2019- cu il martın 28-də Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı və Mədəniyyət Nazirliyinin iştirakı ilə  keçirilən “Muğam – 2019”  VII Televiziya Muğam Müsabiqəsinin  növbəti tədbiri keçirildi.
Bütün zamanlarda təravətini qoruyub saxlayan və dünya miqyasında şöhrət tapan Azərbaycan muğamı yeni inkişaf dövrünü yaşayır.
Ustad sənətkarlarla yanaşı, yeni ifaçılar nəsli də öz sözünü deyir. İndi onların da sədası böyük səhnələrdən gəlir və gənclərimiz Azərbaycanın musiqi mədəniyyətini həm yurdumuzda, həm də xarici ölkələrdə layiqincə təmsil edirlər.
İlk dəfə 2005-ci ildə keçirilmiş  həm ölkəmizdə, həm də onun hüdudlarında  kənarda rəğbətlə qarşılanan Muğam Televiziya Müsabiqələrinin laureatları arasında elə xanəndələr var ki, indi onlar özləri muğam sənətini tədris edir, biliklərini və sənət vərdişlərini yeni nəslə ötürürlər.
Müsabiqənin münsifləri xalq artistləri Əlibaba Məmmədov,  Arif Babayev, Səkinə İsmayılova,  Mənsum İbrahimov, Mələkxanım Əyyubova,  Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Azərbaycan Yazıçılar Birliyinin katibi,  Muğam Televiziya Müsabiqəsi layihəsinin icraçısı İlqar Fəhmidir.
Müsabiqənin başlanğıcında  unudulmaz sənətkar,  Xalq artisti, müğənni Şövkət Ələkbərovanın  ifasında Azərbaycan Televiziyasının Qızıl Fondunda saxlanılan lent yazısı  “Kəsmə Şikəstə” dinlənildi.
Müsabiqə iştirakçılarını müşayiət edirdi:  tarda Rüstəm Müslümov, kamançada Elnur Salahov, balabanda Adil Müslümov, nağarada Səyavuş Kərimov, qanunda Aysu Sadıqova, Udda İdris Hüseynov. Səhnəyə dəvət olunan  müsabiqənin ilk iştirakçısı Nəcibə Məmmədova öz musiqi nömrəsini təqdim etdi. Daha sonra Vəliş Mirzəyev,Türkanə Nəcəfova,  Behnam Əlayi, İlahə Rüstəmova,Murad Rüstəmzadə,  Suma Tapdıqova, Rəvan Qaçayev,Zibər Zamanova və  Əfqan Mahmudov çıxış etdilər.
Müsabiqədə Zülfiyyə Cəbrayılzadə, Zaur Mürsəlov, Qələm Qocamanova, Faiq Əkbərov, Vəliş Mirzəyev, İlahə Rüstəmova, Suma Tapdıqova 63 bal, Tariyel Vəliyev, Xəyal Hüseynov, Hüseyn Səba, Murad Rüstəmzadə, Rəvan Qaçayev, 62 bal, Nəcibə Məmmədova, Türkanə Nəcəfova, Əfqan Mahmudov 61 bal, Mehin Qarayeva, Behman Əlayi, Zibər Zamanova 60 bal, Heyrat İbayev 58 bal topladı

Müsabiqənin növbəti tədbiri aprelin 3 – də keçiriləcək.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: