MüsabiqələrTəqdimat

“REAL HƏYAT-REAL İNCƏSƏNƏT”adlı respublika yaradıcılıq müsabiqəsi elan edilib

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi,Azərbaycan Rəssamlar İttifaqı,Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilati dəstəyi, Azərbaycan Dövlət RəsmQalereyasıvə Xətai Sənət Mərkəzinin təşkilatçılığı  ilə“Nəsimi İli”çərçivəsindərealizmüslubunda işləyən rəssamlar arasındamilli ruh və mövzulu yeni əsərlərin yaradılmasını stimullaşdırmaqvə realizm  üslubunun pərəstişkarı olan sənətsevərlərin maraqlarını təmin etmək, vətənpərvərlik hisslərini gücləndirmək məqsədi ilə “REAL HƏYAT-REAL İNCƏSƏNƏT”adlı respublika yaradıcılıq müsabiqəsi elan edilir.

Müsabiqədə yaşından asılı olmayaraqhər rəssam bir əsərinin fotosu ilə bərabərAd vəsoyad, təvəllüd,  əlaqə nömrəsi,əsərin adı,ölçüsü vətexnikası barədə məlumatı 2019-cı il noyabr ayının 15-nədək Xətai Sənət Mərkəzininwhatsapp:00994 51 310 74 01 göndərməkləiştirak edəbilər.Həmçinin, sərgidə iştirak etməklə təşkilatçılara dəstək məqsədi ilə müsabiqədən kənar əsər təqdim etmək olar.

 Birinci turdan keçmiş əsərlərsərgilənmək üçün Xətai Sənət Mərkəzinə dəvət alacaq.

I yer – 1000 AZN

II yer – 500 AZN

III yer – 300 AZN

Həvəsləndirici mükafat – (5 nəfər)

 Nominasiyalar

Ən yaxşı kompozisiyaya görə –  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Batal janrına görə –  Azərbaycan Rəssamlar İttifaqı

Mənzərə janrına görə – Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

Uğurlu rəng həllinə görə –  Azərbaycan Dövlət Rəsm Qalereyası

Qəhrəmanlıq mövzusunda ən yaxşı heykələ görə –  Xətai Sənət Mərkəzi

Portret janrına görə –  “Sənətşünaslığın Təbliği” İctimai Birliyi

Məişət janrına görə – “Yeni gallery” qalereyası

Tarixi janra görə – Bakı Qalereyası

Ən yaxşı klassik əsərə görə –  Xətai Sənət Mərkəzi

Gənclər arasında ən yaxşı akademik əsərə görə– İncəsənət Kolleci

Natürmort janrına görə– Azərbaycan Pedaqoji Universiteti

Qaliblər üçün mükafatla bərabər “Mədəniyyət” qəzetindəən yaxşı əsər və onun müəllifi haqqında ətraflı yazı dərc olunması nəzərdə tutulmuşdur.

 İkinci turda-müsabiqədən seçilmiş əsərlərləbərabər kolleksiyalardan götürülən əsərlər də nümayiş olunacaq.

 

Nümayiş olunan əsərlərin müəllifləri diplomla təltif ediləcəklər.

Sərgi – müsabiqə  Xətai  Sənət  Mərkəzində  keçiriləcək.

Realizm üslubunda çalışan rəssamın rəssamlıqda yeni mövzu vəyaradıcı ideyalarnaminə iştirakı gözlənilir.

Müasibəqinin media dəstəkçiləri: MƏDƏNİYYƏT QƏZETİ, AZƏRTAC, AZTV, LİDER TV, YENİCAG.RU, AZPRESS.AZ, OLAYLAR, EDUMAP, EDUONLİNE.AZ, FRAME.AZ, TANIŞ OLAQ Elmi İctimai-Bədii Jurnal

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!