Təqdimat

Biz birlikdə daha güclüyük- Teymur Əliyev

Bu gün bütün dünya ciddi şəkildə sınaqdan keçir, belə ki, koronavirus (COVID-19) infeksiyası sürətli şəkildə yayılır.

Ümumdünya Səhiyyə Təşkilatının təqdim etdiyi statistikaya baxsaq xəstəliyin yaratdığı fəsadlar kifayət qədər ciddidir.

Bu fikirləri Gəncə Şəhər YAP Gənclər Birliyinin İdarə heyətinin üzvü Teymur Əliyev səsləndirib

“İnşallah biz birlikdə bu bəlanın öhdəsindən gələcəyik! Biz birlikdə daha güclüyük . Bu gün bu məsələdə hamı bir nəfər olaraq ümummilli məsələlərdə olduğu kimi dövlətə dəstək olmalıdır”

Cənab Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlar nəticəsində virusun ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində bütün dövlət orqanları tərəfindən ciddi şəkildə iş aparılır.

“Bu işdə əziyyət çəkən hər kəsə, xüsusilə də həkimlərimizə, polislərimizə minnətdarıq. Azərbaycan vətəndaşı olaraq demək istərdim ki , biz güclü və dözümlü xalqıq. Bu çətinliyin öhdəsindən də gəlməyə yetəri qədər gücümüz var. Soisal şəbəkələrə və ətrafımıza baxdıqda görərik ki, nə qədər imkanlı şəxslər var ki əlindən gələn köməkliyi ehtiyacı olan şəxslərə köməklik etməklə göstərir. Yaxın keçmişə baxdıqda 2016-cı il necəki Azərbaycan xalqı bir yumruq altında birləşib “Aprel Döyüşləri”-də ermənilər üzərində laiqli və şanlı qələbə qazandısa, düşünürəmki bu sınaqdanda həmrəlik görsədib üzü ağ çıxacaqdır. Koronavirus infeksiyasına qarşı yaradılmış dəstək fonduna qısa zamanda 100 milyon manatdan artıq maddi dəstəyin göstərilməsi bunun bariz nümunələrindən biridir. Gəlin Azərbaycan Respublikası Nazirlər kabineti yanında yaradılmış operativ qərargahın , bizə verilən tövsiyələrə əməl edək , sağlamlığımıza biganə qalmayaq”.

Azərbaycan Xalqına ən şirin nemət olan uzun ömür can sağlığı arzu edirəm.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!