İdman mənim üçün həm həyat tərzidir, həm də sənət-Vüsal Abdullazadə

Müsahibimiz iki dəfə dünya çempionu, Avropa çempionatlarının gümüş və bürünc mükafatçısı, yeddi dəfə Respublika çempionu, beynəlxalq dərəcəli idman ustası, III DAN qara kəmər sahibi və Bakı Karate-do Akademiyasının prezidenti Vüsal Abdullazadədir.

Vüsal Abdullazadənin müsahibəsini təqdim edirik:

Vüsal bir çox naliyyətlərin sahibisən. Heç olubmu ki, idmançı olaraq gücünü tatamidə deyil,küçədə sınayasan?

– Əslində mən hər zaman sülh tərəfdarı olmuşam. İstənilən müzakirələr zamanı sözlə başa salmağa çalışmışam. Amma istisnalar qaçılmazdır. Elə zaman olub ki, artıq sözlə başa salmağa çalışsam da, qarşı tərəf anlamamağa, hətta özü-özünün döyülməsi üçün əl-qol atmağa başlayıb.(Gülür) Zarafat öz yerində, doğrudan da şiddətə qarşı biriyəm. Gücümü hər hansı layiq olmayan birinə sərf etməyi sevmirəm. Amma danılmaz faktdır ki, bəzi insanları sözlə başa salmaq olmur. O zaman idmançı olmağımdan deyil, sırf əsəbimə tab gətirə bilmədiyimə görə fiziki güçümdən istifadə etmişəm. Yenə də deyirəm, bunu istəyərək deyil, qarşımdakı vadar etdiyi üçün eləmişəm. Elə bir insanam ki, qarşımdakı kimliyindən asılı olmayaraq səhv olduğu halda mən onu çəkinmədən üzünə deyirəm. Anlayan insan olanda nə demək istədiyimi başa düşür, anlamayan insan isə nə desəm də təsiri olmur. Ona görə də insan bəzən özünü cilovlaya bilmir. Onu da deyim ki, əsəbi olanda baxmırsan, idmançısan və ya başqa sahə sahibisən. Qeyd eləmək istədiyim ən əsas nüans isə karatedə digər idman növlərindən fərqli olaraq küçə döyüşləri yoxdur. Karate nizam-intizamlı bir idman növüdür. Küçədə döyüşü idmanımıza görə deyil, insanlığını aşağı tutan bəzi dırnaq arası insanlara görə göstəririk.

Səncə bir idmançı tanınması, qəbul olunması üçün nə etməlidir?

– Təbii ki, ilk öncə reklamı olmalıdır, piarı güclü olmalıdır. Ən yaxşı idmançının da reklama ehtiyacı var. Bir yarışda qalib də, məğlub da olsan onu cəmiyyətə çatdıran mediadır. Cəmiyyət öz idmançısını tanımalıdır. Ona görə də məncə bir idmançının tanınmasında, məşhurlaşmasında medianın böyük rolu var, amma təbii ki, media da bunu düzgün çatdırmalıdır.

Ailənin oğlan övladı olmaq çətindir? Ailənin səndən narazılığı var?

– Ailənin oğul övladı olmaq şərəflidir. Valideynlərinə layiqli övlad olmağa, onların tərbiyəsinə layiq olmağa çalışırsan. Biz ailədə 3 övladıq, ən böyük mənəm deyə işlərin də çoxu mənim üzərimə düşür, amma bunu da şərəflə edirəm. Məni çox istəyirlər, narazılıqlarını görməmişəm.

İdmançıların əksəriyyəti futbola maraq göstərirlər, ya da özləri vaxt olan kimi oynayırlar. Sən necə?

– Mən nə əcnəbi, nə də yerli futbolu sevmirəm, ancaq bizimkilərdən ara-bir “Qarabağ”ın oyununa baxıram. Futboldan fərqli olaraq, basketbol xoşuma gəlir, tennisə də marağım var.

Bizə məlumdur ki, sən daim xeyriyyə tədbirlərinə çox qatılırsan. Uşaqlar evinə, qocalar evinə bacardığın qədər yardım edirsən. Həmkarlarından bu işlərdə sənin yanında olan var?

– Mən bu haqda danışmağı istəmirəm.

Vüsal üçün idman nədir?

İdman mənim üçün həm həyat tərzidir, həm sənətdir həmdə çörək ağacım (gülür.) Amma idmandada olmasa mən daşdanda çörəyimi çıxaran insanam. Həyatda hər şeyi alın tərimlə qazanıram və valideynlərimdən də belə tərbiyə almışam. Ona görədə uşaqlıqdan indiyə kimi öz ayağım üstə durmağı bacarmışam.

Bu qədər uğurların sahibisən, bu yaşında böyük təşkilatın var və federasiya rəhbərisən. Bu həmkarlarında qısqanclıq yaradır?

– Bu suala əslində cavab vermək istəməzdim. Amma təbii ki var. Özüdə vaxtı ilə dəstək olduqlarımdır. Məni heçnə dəyişə bilməz. Paxıllıq etməkləridə normaldır. Mən heçkimə fikir verən deyiləm, öz işimdəyəm.

Gələcəkdə səni idmandan başqa hansı sahələrdə görə bilərik?

Onu zaman göstərər… İdmanla yanaşı, bəlkədə birgün millət vəkili və yaxud hüquqşünas ola bilərəm (gülür.) Yəni həkimdən başqa hər bir sahə olar(gülür). Yəqinki bilirsiniz, axı mən Tibb Universitetində biraz təhsil almışam və sonra uzaqlaşmışam.

Yaxında hansı tədbirləriniz var?

Hal-hazırda Çoxmübarizəli İdman Döyüş Növləri (Hərbi döyüş çoxnövçülüyü) üzrə 10-cu ölkə çempionatına ev sahibliyi edəcəyik. Bundan sonra kəmər dərəcə imtahanları, sonra isə artıq yay düşərgəsinə yola düşəcəyik.

Tələbələrinizin nəticələri hansı nəticələri var, ümumiyyətlə nəticə verə bilirlər? Məşqçi olmaq yaxşıdır yoxsa idmançı olmaq?

– Respublika çempionlarımız,dünya kuboku qalibləri, Beynəlxalq turnir qaliblərimiz var. İdmançı olmaq daha asandır. Məşqçilik məsuliyyətli işdir. Amma çox xoşdur, cəmiyyətimizə yeni-yeni idmançılar, əsgərlər inteqrasiya edir. Bundan gözəl nə ola bilərki?

Vüsal, sabaha hansı arzularla gedirsən?

– Hərdən beynəlxalq yarışlarda düşmən ölkənin idmançıları ilə qarşılaşdığım vaxtda da olub. 2011-ci ildə dünya çempionatında erməni idmançısını məğlub etmişəm. Ümumiyyətlə, onlarda bir cəhəti müşahidə etmişəm ki, sanki bizimlə tatamiyə çıxmaqdan çəkinirlər. Özlərini bizim yanımızda elə bil ki, gözükölgəli hesab edirlər. İdmanın özü də siyasətin bir növüdür. Dünyada prezidentlərdən sıravi vətəndaşlara qədər hamı idmana maraq göstərir, beynəlxalq yarışları izləyir. Hər hansı bir ölkənin bayrağı qalxan anda, bütün izləyicilər o ölkənin adını eşidirlər. İştirakçı ölkələrdən beynəlxalq yarışmalara gələnlərin bəzilərinin Azərbaycan haqqında təsəvvürləri olmayıb. Ancaq bayrağımız qaldırılan anlarda bir an əvvəl barəmizdə məlumatsız olanlar da bizi alqışlara qərq ediblər.

Bunları niyə yada salıram? Hər bir normal insanın istəyidir ki, işğaldan azad bir ölkənin vətəndaşı olsun. O cümlədən mənim də. Açığı bundan böyük arzum yoxdur. Vüsal, siz idmançıların beynəlxalq yarışlarda qaldırdıqları bayrağımız o gün olsun ki, ordumuzdakı cəngavərlik salnaməsini yazacaq oğullarımızın əllərilə Şuşadakı, Laçındakı ən uca zirvələrdə dalğalansın.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: