FestivallarMusiqiMədəniyyətTəqdimat

“Etnik musiqi inciləri” layihəsi çərçivəsində növbəti layihə Yunan Azərbaycan musiqisinə həsr olunacaq

Beynəlxalq Muğam Mərkəzində öz fəaliyyətində muğam, aşıq və klassik musiqinin təbliğatına həsr olunmuş layihələr ilə yanaşı mütəmadi olaraq maraqlı etnik musiqi konsertləri də təşkil edir.
Muğam Mərkəzinin “Etnik musiqi inciləri” layihəsi çərçivəsində Rumıniyadan,Moldovadan,Türkiyədən, Yunanıstandan, Mərakeşdən və başqa ölkələrdən gəlmiş etnik musiqiçilərin konsertləri uğurla keçmişdir.
Muğam Mərkəzi “Sound Waves” adlı daha bir uğurlu konsert-layihəyə imza atmışdır ki,bu layihə əsasında da İtaliyadan,İspaniyadan,Yunanıstandan,Portuqaliyadan və digər ölkələrdən gəlmiş etnik musiqiçilər səhnədə Azərbaycan muğam ifaçıları ilə birlikdə müxtəlif xalqların etnik musiqi nümunələrindən ibarət musiqi kompozisiyası yaradaraq gözəl səhnə ifaları təqdim etmişdilər.
Mayın 6-da Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Yunanıstandan gəlmiş musiqiçilər Azərbaycan muğam ifaçıları ilə birlikdə çıxış edəcəklər. Konsert Avropa İttifaqının Azərbaycandakı nümayəndliyinin təşkilatı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə 2-ci “IMAGINE” Avropa tolerantlıq festivalı çərçivəsində keçirilir.
“Rembetiko meets Mugam” adlı konsertdə Yunanıstandan gəlmiş iki ifaçı – Makis Stamoulis və Kostas Spiropoulis Azərbaycanın əməkdar artistləri Sahib  Paşazadə (tar),Toğrul Əsədullayev (kamança),eləcə də istedadlı xanəndə Nisbət Sədrayeva ilə birlikdə çıxış edəcəklər.
Rembetiko – musiqi stilini bəzən amerika blyuzunun yunan ekvivalenti adlandırırlar.Bu mahnılar birinci növbədə buzuki simli alətinin,eyni zamanda skripkanın,gitaranın,akkordeonun və fortepianonun akkompanentləri ilə ifa olunur.Yunanıstanda “rembetiko” deyiləndə xalq musiqisi həvəskarları qədim xalq mahnılarını düşünürlər.”Rembetiko” stilli mahnılar XX əsrin 20-30-cu illərində məşhurlaşıb və bu gün həm yaşlı həm də cavan nəsil tərəfindən sevilir.
Konsert saat 20:00-da başlayır.
Qeyd edək ki, mayın 4-də baş tutacaq “Charango meets Mugam” adlanan konsertdə Perudan gəlmiş etnik ifaçılar çıxış edəcəklər.
Biletlər şəhərimizin kassalarında, “Asan Xidmət” mərkəzlərinin kassalarında və iticket.az saytında satılır.
Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!