MusiqiTəqdimat

“Musiqi Bayramı -2” adlı tədbir keçiriləcək

29 iyun 2017-ci il tarixində “Excelsior Hotel & Spa Baku” otelində “Musiqi Bayramı-2” tədbiri keçiriləcək.

Tədbirdə “Excelsior Hotel & Spa Baku” otelinin HR meneceri Kamran Rzayev, “AtaTravel” MMC-nin uzun müddət əməkdaşı olan Araz Hümbətli və otelin stajoru Rəşid Əliyev Azərbaycan və xarici dillərdə mahnılar ifa edəcəklər. Tədbirdə “Sənə də qalmaz”, “Love Story”, “Better Together”, “So Beautiful”, “Hotel California”, “How deep is your Love” və digər mahnılar ifa olunacaq.

“AtaHolding” Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova qeyd etdi ki, “Musiqi bayramı” artıq ikinci dəfədir ki, keçiriləcək. Bundan əvvəlki tədbir çox uğurla keçmiş və mahnıların canlı ifa edilməsi atmosferi ilə yadda qalmışdır.

Bu cür konsertdə çoxlu əməkdaşlar yenidən iştirak etmək arzusunda olduqları üçün biz “Musiqi bayramı”nı bir daha keçirməyi qərara almışıq.Bu isə nəinki asudə vaxt keçirməyə kömək edir, həm də daxili kommunikasiyalar planına uyğun olub, kollektivin motivasiyasını yüksəldir.

“Excelsior Hotel & Spa Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel & Spa Baku” oteli 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar, “Aura” sağlamlıq mərkəzindən ibarətdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!