Beynəlxalq Muğam Mərkəzində maraqlı fortepiano musiqisi axşamı keçirilib

Aprelin 13-də Beynəlxalq Muğam Mərkəzində isdedalı pianoçu Nizami Əliyevin solo konsert keçirilib.

Qeyd edək ki, tədbirin informasiya dəstəyi “Mədəniyyət” kanalıdır.

Konsertin aparıcısı tanınmış jurnaist Rahib Azəri Nizami Əliyevin Vaqif Mustafazadə irsinin davamçısı olduğunu vurğuladı. Qeyd etdi ki, isdedadlı pianoçu Azərbaycan professional ifaçılıq sənətində özünəməxsus yer tutur.

Nizami Əliyev Xalq artisti, “Şöhrət” ordenli, görkəmli pianoçu Çingiz Sadıqovun tələbəsidir.

Gecədə Nizami Əliyevin öz kompozisiyaları ilə yanaşı, “Küçələrə su səpmişəm”, “Xəzərin sahilində”, “Vaqif xaritəsi”, “Bağ mövsümü”, “Qubanın ağ alması”, “Sarı gəlin”, “Alağöz”, “Bakı gecələri” kimi xalq və bəstəkar mahılarını da ifa edib.

Konsert musiqisevərlər tərəfindən dəfələrlə alqışlarla müşayiət olundu.

Nizami Əliyev sonda Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə konsertin təşkilinə görə öz təşəkürünü bildirib.

İfaçı həmçinin “Mədəniyyət” kanalının rəhbərliyinə də informasiya dəstəyinə görə minnətdarlıq bildirib.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzində irimiqyaslı layihələr davam edir.Bu qəbildən olan yeni möhtəşəm layihə “Dastan gecəsi” adlanır. Aprelin 18- də reallaşacaq həmin layihə Beynəlxalq Muğam Mərkəzinin və AMEA-nın Folklor İnstitu ilə birlikdə həyata keçirilir.

“Alı xan və Pəri xanım” dastanı əsasında hazırlanmış musiqili kompozisiya aşıq musiqisi sevənlər üçün maraqlı olacaqdır.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: