EventsTeatrTəqdimat

Musiqili Teatr 109-cu mövsümünə “O olmasın, bu olsun”-la başlayacaq

Azərbaycan Dövlət Musiqili Teatrı 109-cu teatr mövsümünə 20 sentyabr saat 19:00-da Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkil etdiyiÜzeyir Hacıbəyliyə həsr olunmuş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində “O olmasın, bu olsun” tamaşası ilə start verəcək.

Musiqili Teatrın mətbuat katibi Fəridə Aslanova bildirib ki, açılış mərasimində nümayiş olunacaq  bu ölməz əsərXalq Artisti, “Şöhrət” ordenli, milyonların sevimli gülüş ustası Afaq xanım Bəşirqızının (Sənəm) və Əməkdar artist, Prezident mükafatçısı, “Zirvə” mükafatı laureatı Şövqi Hüseynovun(Məşədi İbad) iştirakı ilə təqdim ediləcək.

Sentyabrın 22-də “Arşın mal alan” (Ü.Hacıbəyli), 23-də “Nuri-didə Ceyhun” (Əli Əmirli) nümayiş olunacaq.

Teatr kollektivi sentyabr ayının axırıncı həftəsonu – 28-də “Ər və arvad” (Ü.Hacıbəyli), 29-da “Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva), 30-da“Bankir adaxlı” (E.Sabitoğlu, T.Vəliyeva) səhnə əsərləriilə teatrsevərlərin görüşünə gələcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq.

Azərbaycan Dövlət Musiqili Teatrı günlərini yaddaqalan keçirmək istəyən hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. Teatrsevərlər 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN Xidmət” mərkəzlərindən və iticket.az saytından əldə edə bilərlər.

Frame.az

 

 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!