TeatrTəqdimat

Musiqili Teatrda bu həftə – AFİŞA

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar nümayiş olunacaq. Dövlət Musiqili Teatrının mətbuat xidmətindən bildirilib ki, 22, 23, 24 dekabr tarixlərində saat 19.00-da “Silva” (İ. Kalman), “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva) və “Toya bir gün qalmış” (Ə. Səmədli) tamaşaları təqdim ediləcək.

Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorları – Azərbaycan Respublikasının Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Əməkdar artistlər Boris Qrafkin, Ələkbər Əliyev, Nərgiz Kərimova, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Marina Litvinenko, Firuz Məmmədov, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Ağaxan Şərifov, Gülcahan Salamova, Elxan İsmayılov, Ülviyyə Əliyeva, Elçin İmanov, Emil Heydərov, Gülnarə Abdullayeva, Rauf Babayev, Gülnarə Əzizova, Hüseyn Əlili, Gülçöhrə Abdullayeva, Telnaz Hüseynova, Əliməmməd Novruzov, Yuliya Heydərova, Nicat Əli, Aydan Həsənova, Ruslan Mürsəlov, Fərid Rzayev, Eleanora Mehdiyeva, Elməddin Dadaşov və başqalarının ifalarını izləyə biləcəklər.

Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli tamaşaçılarını unutmayıb. Belə ki, 22 dekabr saat 19.00-da İmre Kalmanın “Silva” iki hissəli operettası rus dilində nümayiş olunacaq. Həftəsonunu xoş ovqatla və yaddaqalan keçirmək istəyənlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!