EventsMədəniyyətTeatrTəqdimat

Musiqili Teatrda həftə sonu

Azərbaycan Dövlət Musiqili Teatrında həftə sonu maraqlı tamaşalar oynanılacaq.

Qurumun mətbuat xidmətindən Frame.az-a bildirilib ki, teatr dekabr ayının 8-də “Molla Nəsrəddinin beş arvadı” (İ.Sadıqov, tərc. D.Mustafayev) və 9-da “Baladadaşın toy hamamı” (F.Allahverdi və Elçin) əsərlərini təqdim edəcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq.

Hər zaman öz repertuarında uşaq tamaşalarına xüsusi yer verən Musiqili Teatr balaca teatr sevərlərə dekabrın 8-də saat 12:00 və 14:00-də ana dilimizdə”Dəcəl çəpişlər” (O.Zülfüqarov, R.Heydər), 7-də və 9-da saat 12-də isə”Yağış göbələyinin macərası” (R.Şəfəq,V.Zimin) və”Qızıl cücə” (V.Ulanovski, V.Orlov) musiqili əyləncəli nağıl tamaşalarını rus dilində göstərəcək.
Həftə sonu nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorlar –Əməkdar artistlər Novruz Qartal, Səmayə Musayeva, Əzizağa Əzizov, Nahidə Orucova, Çingiz Əhmədov, Svetlana Bulax, aktyorlar Möylə Mirzəliyev, Gülnarə Abdullayeva, Gülçöhrə Abdullayeva, Mehriban Zalıyeva, Ağaxan Şərifov, Gülcahan Salamova, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Gülnarə Əzizova, Əliməmməd Novruzov, Rauf Babayev, Şaban Cəfərov, Yulya Heydərova, Elnarə Nağdəliyeva, Hüseyn və Gültac Əlililər, Elçin İmanov, Valeriya İsgəndərzadə, Əmrah Dadaşov, Şaban Cəfərov, Güldanə Əzimova, Ruslan Mürsəlov, Elməddin Dadaşov, Fərid Rzayev, Eleonara Mehdiyeva, Telnaz Hüseynova, Nərmin Əliyeva, Roman Krasnov, Murad Əliyev, kiçik yaşlı aktyor Rahib Məmmədzadə və başqaları ifa edəcəklər.

Musiqili Teatr həftə sonunu yadda qalan keçirmək istəyən hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. Teatr sevərlər 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən, eləcədə iticket.az saytından əldə edə bilərlər.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!