MədəniyyətTeatrTəqdimat

Musiqili Teatrda Qurtuluş Günü münasibəti ilə “Heydər Əliyev dərsi” keçirilib

Azərbaycan Dövlət Musiqili Teatrında 15 İyun – Milli Qurtuluş Günü qeyd olunub. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, bu münasibətlə teatrda “Heydər Əliyev dərsi” keçirilib.

Dərsi açıq elan edən Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev Milli Qurtuluş Gününün Azərbaycan xalqının şanlı tarixindəki parlaq səhifələrdən biri olduğunu qeyd edib. “Müasir Azərbaycan dövlətçiliyinin əsası məhz 15 iyun tarixində qoyuldu. Əgər o zaman Ümummilli lederimiz Heydər Əliyev parcalanmaq, dağılmaq həddində olan ölkəmizə sahib çıxmasaydı, yəqin ki, indi dünya xəritəsində Azərbaycan adlı dövlət yox idi”, deyə Ə. Lalayev bildirib.

Sonra söz millət vəkili, xanım Jalə Əliyevaya verilib. J. Əliyeva çıxışında müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin həyat və fəaliyyətindən, böyük liderə ehtiyac duyulan bir vaxtda xalqın səsinə səs verərək 1993-cü il 15 iyun tarixində hakimiyyətə qayıdışından və bununla da ölkəni xaosdan, parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etməsindən bəhs edib. Daha sonra Musiqili Teatrın gənc əməkdaşları Respublikanın Əməkdar artisti Əkbər Əlizadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Vəfa Mühacirova, gənc aktyorlar Yuliya Heydərova, Gültac Əlili çıxış edərək Heydər Əliyev dühasının Azərbaycan xalqına verdiyi misilsiz töhfələrdən, 15 İyun – Milli Qurtuluş Gününün onların və ailələrinin həyatında oynadığı roldan danışdılar. “Bizə miras qoyduğu bügünkü güclü və qüdrətli Azərbaycana görə Ümummilli liderimizin xatirəsi qarşısında ehtiramla baş əyir və azərbaycanlı olmağımızla fəxr edirik!”, – deyə Musiqili Teatrın gənc əməkdaşları çıxışlarında xüsusi olaraq vurğuladı.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!