Musiqili Teatrda “Səmayi-şəms”

Azərbaycan Dövlət Musiqili Teatrında Bakı Xoeoqrafiya Akademiyasının hazırladığı “Səmayi-şəms” rəqs-tamaşası nümayiş olunub. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, 2017-ci il ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “İslam həmrəyliyi ili” elan edilib, “Səmayi-şəms” rəqs-tamaşası da Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” münasibəti ilə hazırlanıb.

Rəqs-tamaşa böyük maraqla qarşılanıb. “Səmayi-şəms”i izləyənlər arasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Bakı Xoeoqrafiya Akademiyasının rektoru, Əməkdar incəsənət xadimi, professor Timuçin Əfəndiyev, Bakıda yerləşən bir sıra səfirliklərin nümayəndələri və başqa mötəbər qonaqlar olub. “Davulla rəqs”, “Misir rəqsi”, “Qazax xalq rəqsi”, “Alban rəqsi”, “Özbək xalq rəqsi”, “Qafqaz rəqsi”, “”İran rəqsi, “Xarzəm rəqsi”, “Tacik xalq rəqsi”, “Dərviş rəqsi”, “Türk rəqsi”, “Alov”, “Şərq rəqsi”, “Şəms” və “Azərbaycan suitası”ndan ibarət olan rəqs-tamaşanın ideya müəllifi və bədii rəhbəri Azərbaycan Respublikasının Xalq artisti Təranə Muradovadır.

Qeyd edək ki, “Səmayi-şəms” rəqs-tamaşasının quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu xoreoqrafları Xalq artisti Yusif Qasımov, TÜRKSOY Beynəlxalq təşkilatının rejissoru, baletmeyster Arman Nurmaxamatulı, Əməkdar artistlər Səbinə Qasımova, Sənan Hüseynli, Əməkdar müəllim Pellumb Aqaliyay və Kamilə Əliyevadır. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: