Musiqili Teatrın dirijoru beynəlxalq festivala dəvət alıb

İyulun 1-də Qırğızıstanın paytaxtı Bişkekdə “TENGRI Music” IV Beynəlxalq Klassik Musiqi Festivalı keçiriləcək. Festival Qırğızıstan Prezidenti Administrasiyası, Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi və “Prima” İctimai Fondunun birgə təşkilatçılığı ilə reallaşacaq.

Frame.az xəbər verir ki, ənənəvi olaraq Bişkekin Qələbə parkında təşkil olunan festivalda ölkəmizlə yanaşı, Avstriya, Rusiya, Yunanıstan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan tanınmış sənət adamları iştirak edəcəklər. Festivalda ölkəmizi Azərbaycan Dövlət Musiqili Teatrının gənc və istedadlı dirijoru Orxan Həşimov təmsil edəcək. O, rusiyalı həmkarı Valentin Uryupinlə birlikdə Qırğızıstanın “Manas” Kamera Orkestrinə dirijorluq edəcək.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: