Musiqili Teatrın konsertmeysteri mükafatlandırılıb

Bakı Xoreoqrafiya Akademiyasında (BXA) bu ali təhsil ocağının 90 illiyinə həsr edilmiş “Vera Arte” konsertmeyster ustalığı üzrə birinci respublika müsabiqəsi keçirilib.

Frame.az xəbər verir ki, xoreoqrafiya sənəti üçün yüksəkixtisaslı konsertmeysterlərin hazırlanması və üzə çıxarılması məqsədilə təşkil olunan müsabiqədə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının konsertmeysteri Arzu Hüseynova ikinci dərəcəli diplomla təltif olunub.

Qeyd edək ki, Arzu Hüseynova 2008-ci ildə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecini bitirib. 2012-2016-cı illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) instrumental ifaçılıq (fortepiano) ixtisasına yiyələnib, BMA-nı bitirdikdən sonra elə həmin il Bakı Xoreoqrafiya Akademiyasında öz ixtisası üzrə magistraturaya qəbul olunub. 2017-ci ildə Abşeron rayonu Mehdiabad Uşaq Musiqi Məktəbində çalışmağa başlayıb.

Bir çox müsabiqə və festivalların laureatı olan Arzu Hüseynova ötən ildən Akademik Musiqili Teatrda balet truppasında konsertmeysterlik edir və indiyə qədər müxtəlif tamaşaların iştirakçısı olub.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: