MusiqiTeatrTəqdimat

Musiqili Teatrın solisti 100 illiyin marşını oxudu

İyunun 30-da Azərbaycan Polisinin 100 illiyi və 2 iyul – Polis Günü münasibətilə Baş Dövlət Yol Polisi İdarəsinin, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin və “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə Azərbaycan Dövlət Musiqili Teatrının solisti Səməd Xasiyev “Azərbaycan Polisi” marşını ifa edib.

Qeyd edək ki, geniş vokal imkanlarına malik olan istedadlı aktyor Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirəndən sonra 2003-cü ildən taleyini Musiqili Teatrla bağlayıb, indiyə qədər müxtəlif obrazlar – Fəxri- (“Əlin cibində olsun”), Fəqan- (İ.Məlikzadə, S.Ələsgərov “Kələkbazlar”), Lotu Gülməmməd- (T.Vəliyeva, F. Sücəddinov “Mən dəyərəm min cavana”), Makedon- (M.Haqverdiyev, R.Mirişli “Qısqanc ürəklər”), Akif- (O.Rəcəbov “Şeytanın yubileyi”), Həsənqulu bəy, Sərvər- (Ü.Hacıbəyli “O olmasın, bu olsun”), Əsgər, Vəli- (“Arşın mal alan”), Ağacdələn- (“Baş tutmayan hiylə”), Canavar- (“Qırmızı papaq”), Çaqqal- (O.Zülfüqarov, R.Heydər “Şəngülüm, Şüngülüm, Məngülüm”) obrazlarını canlandırmışdır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!