EventsMədəniyyətTeatrTəqdimat

Musiqili Teatrın solisti Azərbaycanı Bişkekdə təmsil edəcək

Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyinin təşəbbüsü ilə 4 aprel 2018-ci il tarixində Bişkek Milli Akademik Opera və Balet Teatrında görkəmli yazıçı Mir Cəlal Paşayevin 110 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

Musiqili Teatrın mətbuat xidmətindən bildirilib ki, Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən Bişkekdə ölkəmizi təmsil edəcək incəsənət ustalarının arasında Musiqili Teatrın solisti, beynəlxalq müsabiqələr laureatı, əməkdar artist Nərgiz Kərimova da var.

İstedadlı aktrisa indiyə qədər vokal sənətinin nümayiş olunduğu bir neçə beynəlxalq və respublika səviyyəli layihələrdə uğurla iştirak edib, festival və müsabiqələrin qalibi olub.

Xatırladaq ki, məlahətli səsi və aktyorluq məharətilə Nərgiz Kərimova Musiqili Teatrın tamaşalarında – R.Hacıyevin “Talelər qovuşanda” (Nərgiz), V.Adıgözəlov və Anarın “Aldın payını, çağır dayını” (Süsən), Ü.Hacıbəyovun“O olmasın, bu olsun”(Gülnaz), “Arşın mal alan” (Gülçöhrə), R.Mirişli və  M.Haqverdiyevin “Qısqanc ürəklər” (Səbinə), S.Ələsgərov və Ş.Qurbanovun “Milyonçunun dilənçi oğlu” (Bildirçin), İ.Kalmanın “İddialı qaraçı” (Yulişka), V.Dolidze və A.Saqarellinin “Xanuma” (Keto), İlyas Əfəndiyevin “Mənim Günahım” (Nurcahan) əsərlərində canlandırdığı yaddaqalan obrazlarla teatrsevərlərin rəğbətini  qazanıb.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!