“Müstəqil Azərbaycan Naminə” adlı təsviri sənət sərgisi keçiriləcəkdir

28 aprel 2017-ci il saat 15:00 tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində Bakı şəhəri Nizami RİH, Nizami RİH Gənclər və İdman İdarəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsi 201 №-li tam orta məktəbin dəstəyi və təşkilatçılığı ilə “Müstəqil Azərbaycan Naminə” adlı uşaq və gənclərin rəsm və sənət işlərindən ibarət təsviri sənət sərgisi keçiriləcəkdir.

201 №li tam orta məktəb Palitra Art Studiyası  2006-cı ildən fəaliyyət göstərən Palitra rəsm dərnəyinin əsasında 2014-cü ildə yaradılmışdır və onun üzvləri indiyə qədər respublika və beynəlxalq səviyyəli rəsm müsabiqələrində  uğurla iştirak etmişdir.

Sərginin əsas məqsədi uşaq və gənclərin milli-mənəvi dəyərlərlə bağlı düşüncələri və vətənpərvərlik hisslərinin ifadəsi olaraq rəsmlərinin nümayiş etdirilməsi vasitəsi ilə həmyaşıdlarına təbliğini təmin etmək, yaddaşlarda hifz edilən mübarizə əzmini bu gün bir daha nümayiş etdirmək, eyni zamanda müstəqillik yolunda əzablara dözən vətənpərvərlərimizin ruhu qarşısında öz borcumuzu vermək, Müstəqil Azərbaycan anlayışının mətinliyini, dönməzliyini göstərməyə çalışmaqdır.

Sərgidə 201 №-li tam orta məktəb Palitra Art Studiyasının 40 üzvünün sulu boya və qrafika texnikası ilə işlənmiş 120-dən artıq əsəri nümayiş etdiriləcək. O cümlədən 201-№li tam orta məktəb Palitra Art Studiyasında təsviri sənətin incəliklərini öyrənməyə başlamış və hazırda bu ixtisas üzrə ali təhsil müəssisələrində təhsil alan məzunlar da öz əsərlərini təqdim edəcəklər. Əsas mövzu xətti Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi olmaqla təsvir olunmuş plakatlarla yanaşı, təsviri sənətin digər janrlarında olan rəsm əsərləri də sərgilənəcəkdir. Əsərləri sərgilənən 201 №li tam orta məktəb Palitra Art Studiyası  üzvlərinin ən kiçiyinin 5, ən böyüyünün 17 yaşı var. 201 №li tam orta məktəb Palitra Art Studiyası  yalnız 201 №-li tam orta məktəbin deyil, eyni zamanda Nizami rayonunda fəaliyyət göstərən digər məktəblərin də şagirdlərini də özündə birləşdirir.

Sərginin rəsmi açılış mərasimi 28 aprel 2017-ci il saat 15:00-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində həyata keçirləcək və 1 may 2017-ci il tarixinə qədər davam edəcəkdir. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: