MədəniyyətTeatrTəqdimat

Muzey Akademik Musiqili Teatra təşəkkür etdi

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Musiqili Teatra təşəkkür məktubu göndərib.

Teatrın Mətbuat xidmətindən verilən məlumata görə, Akademik  Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əliqismət Lalayevə ünvanlanan məktubda deyilir:

“Hörmətli Əliqismət müəllim! Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində  22 may 2019-cu il tarixində SSRİ Xalq artisti Soltan Hacıbəyovun 100 illik yubileyi münasibətilə keçirilən tədbirdə Sizin rəhbərlik etdiyiniz teatrın konsertmeysteri Arzu Hüseynova yüksək səviyyədə çıxış etmişdir”.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramovanın imzaladığı təşəkkür məktubunda daha sonra qeyd olunur: “Göstərdiyiniz köməkliyə görə şəxsən Sizə dərin təşəkkürümüzü bildiririk!”

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!