Nə üçün uşaqlar saat 9-da yatmalıdır?

Uşaqlığımız boyu hər zaman “saat 9 – dur və artıq yatmaq vaxtıdır” kəlməsini eşitmişik. Lakin, vaxt keçdikcə hərşey dəyişir. Əgər biz saat 9- da artıq yatırdıqsa, müasir dövrün uşaqlarını çətinki bu vaxt yatızdıra bilsinlər.

Bəs nə üçün uşaqların saat 9-da yatmağı bu qədər vacibdir?
Əsas səbəb artım hormonudur. Yəni yuxunun 4-cü mərhələsində artım hormonu inkişaf edir. Əgər övladınız 9 da yerinə uzansa 00:30 artıq bu hormon öz fəaliyyətini göstərir. Əgər vaxtında yatmasa bu övladınızın boy artımına mənfi təsir göstərəcək. Düzgün yuxu rejimi olan uşaqlar dəsrlərində də diqqətli olur və daha yaxşı qavrayırlar.

Düzgün və vaxtı vaxtında yatmayan uşaqların Alzheimer (Altsaymer xəstəliyi bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən, dəqiq səbəbləri bilinməyən nevroloji bir xəstəlikdir. Xəstəlik klinik olaraq incələnən zaman yaddaş və digər intelektual qabiliyyətlərin nəzərə çarpacaq dərəcədə pozulmasıdır) xəstəliyinə tutulma riski daha çoxdur.

Uşaqlarınız tez yatızdıra bilməyiniz üçün sizə bir neçə məsləhətimiz olacaq.

Onları yatırdarkən evdə sakitliyə riayət olunmalıdır. Övladınızda elə bir təəssürat olmalıdır ki, sanki hamı yatıb.
Yatmazdan əvvəl ona kitab oxuyun.
Ətrafınızda olan mobil telefon, planşet və bu kimi əşyalarınızın tez- tez yandırmayın.
İdmanla məşqul olan uşaqlar daha tez yuxuya gedir. İmkan olduqca övladınızın idmanla məşqul olmasına şərait yaradın.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: