Nəfis kəsmikli konfet

Dadlı və ləzzətli kəsmikli konfetləri hazırlayın və əzizlərinizi sevindirin…

Lazım olan məhsullar:

Kəsmik – 100qr,

Şokolad – 20qr,

Şəkər tozu – 2 x.q.,

Xama – 1 x.q.,

Kakao – 2 x.q.,

Vanil şəkəri – 1 ç.q.,

Şəkərlənmiş meyvə qurusu – ½ ç.q.

Boşqaba kəsmik, şəkər, kakao tozu və şəkərlənmiş meyvə qurusunu töküb qarışdırırıq və xama əlavə edib yenə qarışdırırıq. Şokoladı sürtkəcdən keçirdirik.

Kəsmikdən kürəciklər formalaşdırırıq və şokoladı onların üzərinə tökürük.

P.S. şokolad yerinə hind qozu istifadə edə bilərsiz.

Nuş olsun!

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: