Sağlamlıq

Nə üçün su içmək bu qədər vacibdir?

Su içmək ilk növbədə sağlamlığa xeyirdir. Günə ilk olaraq su içməklə başlamaq lazımdır. Çünki metobolizmanı sürətləndirir. Yetkin bir kişinin bədəni 60%, qadında isə 50% sudan ibarətdir. Gün ərzində 2 litr su içməyi adət halına gətirmək lazımdır. Su içmək üçün susamağı gözləməyin. Kofe, çay, şirin sular, suyun yerini verə bilməz. Əgər su içməyi çox sevmirsinizsə, içinə limon, portağal, nanə yarpaqları əlavə edərək, daha dadlı hala gətirərək içə bilərsiniz.

Suyun faydaları nədir?

Su hüceyrələrini təmizləyir, onları oksigenlə təmin edir.
Bədəni enerji ilə təmin edir.
Böyrəkləri toksinlərdən təmizləyir.
Dərini gözəlləşdirir.
Maddələr mübadiləsini sürətləndirir.
Qəbzliyi aradan qaldırır.
Daha tez çəki atmaq istəyirsinizsə o zaman bol su için.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!