MəsləhətSağlamlıqƏn Son

Nə üçün yeməkdən sonra yatmaq ziyandır?

Bəzən yemək yedikdən sonra bir çoxlarımızın yuxusu gəlir. Bunun yorğunluq olduğunu düşünürük.

Yemək yedikdən sonra yatan insanlara az rast gəlmirik. Lakin həkimlər, bunun riskli və çox ziyanlı olduğunu bildirirlər. Yeməkdən sonra yatdıqda, qanımızda olan şəkərin səviyyəsi qalxır ki, bu da gələcəkdə 2-ci tip şəkərli diabetin riskini artırır. Şəkərli diabet xəstəliyi olan insanlar yeməkdən sonra yatmamalıdır.

Yeməkdən dərhal sonra yatdıqda, maddələr müdaləsi pozulur və çəki artımına səbəb olur.

Yeməkdən sonra yatan insanlarda reflüks-ezofagit xəstəliyinin riski artır. Mədə dolu olarsa, uzanmış vəziyyətdə yemək mədədən geriyə – qida borusuna düşə bilər. Mədədən fərqli olaraq qida borusunun divarları xüsusi selikli qişa ilə qorunmur. Turş kütlə qida borusunun divarlarını yandırır, iltihaba, eroziyaların yaranmasına səbəb olur. Əgər bu hal daim təkrarlansa, qida borusu xərçənginə tutulma riski artır.
Mədədə olan kütlə tək qida borusuna deyil, qırtlağa, nəfəs yollarına da düşə bilər ki, bu da ilthaba, xroniki öskürəyə səbəb olur.

Hər zaman sağlamlığınızı qoruyun!

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!