EventsQalereyaŞəkillərTəqdimat

“NƏRİMAN NƏRİMANOV” STANSİYASINDA NÖVBƏTİ SƏRGİ NÜMAYİŞ OLUNUR

“Azərbaycan rəssamları” sərgisi “Bakı Metropoliteni” QSC-nin “Metro Gallery” layihəsi çərçivəsində həyata keçirdiyi növbəti sosial layihədir. Bu, “Metro Gallery” layihəsi çərçivəsində “Nəriman Nərimanov” və “Gənclik” stansiyalarının keçidlərində baş tutan sayca 6-cı sərgidir.

Buna qədər «Nəriman Nərimanov» stansiyasının keçidlərində “Yüzminlərin izləyəcəyi rəsm sərgisi” və “Dünya rəssamları” sərgisi nümayiş olunmuşdu. Hazırkı sərginin təşkil olunmasında əsas məqsəd metro sərnişinlərinin, eləcə də şəhərimizin qonaqlarının diqqətini incəsənət nümunələrinə yönəltməklə, gənc nəslin, xüsusən azyaşlı uşaqların maraq dünyasının formalaşdırılmasına təsir göstərmək və ümumən, insanlara xoş ovqat bəxş etməkdir. Stendlərin yerləşdirildiyi guşələrdə müxtəlif mövzuları özündə təcəssüm etdirən rəsm əsərləri, həmçinin onların müəllifləri haqqında məlumat əksini tapır.

Qeyd edək ki, sərgidə iştirak etmək üçün müraciət edən çoxsaylı həvəskar rəssamların əl işlərindən münsiflər heyəti 37 rəssamın 90 əsərini seçib.
“Nəriman Nərimanov” stansiyasının hər iki keçidində nümayiş olunan “Azərbaycan rəssamları” sərgisi 6 ay davam edəcək.6a2c3b590ac3b0fe2b720dbd72da7660 3b631a50d12b42604f882e97bc718ce5-1 0a0df649ea5ff870ca935885245aa427 15dd4974a46dd0bfd5e64f9241a07391 be443cefe7cb8fd9cea2b9a139a0cfc5 fb02cdf33922cde23658129a8d2b4b02 ebd8e9a4c1e50c82e75e6a587936cd13 35a8ea470b131a4bb325164508029e82

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!