Baku Shopping Festival

“Namu” Koreya kosmetikaları mağazasında da festival endirimləri başlandı

Artıq “Namu” Koreya kosmetikaları da Bakı Şopinq Festivalına qoşulan markalar arasındadır. Bununla da, Bakının Rəsulzadə küçəsi, 5 ünvanında yerləşən “Namu” Koreya kosmetikaları mağazasında məhsullar yalnız mayın 10-dək Bakı sakinlərinə və turistlərə güzəştlə satılacaq. Mağaza hər gün saat 10:00-dan 20:00-dək sərfəli qiymətlərlə festival iştirakçılarına xidmət göstərir.

Yüksək texnologiyalar əsasında təbii maddələrdən hazırlanan bu məhsullar dəriyə qulluq üçün idealdır. Əsas aktiv elementlərini itirmədən hazırlanmış “Namu” məhsulları dünyada ən qiymətli kosmetik vasitələr sayılır. Sevindirici haldır ki, ilk dəfə məhz Bakı Şopinq Festivalının alıcıları üçün bu dəyərli məhsullardan seçilmişləri real qiymətindən 30 faiz aşağı qiymətə təklif olunur.

Təbii maddələr əsasında hazırlanan keyfiyyətli kosmetika məhsullarını “Namu”dan almaqla büdcənizə 30 faiz qənaət edin və əsl keyfiyyətin şahidi olun!

Bakı Şopinq Festivalı çərçivəsində “Baku Shopping Festivalı” stikerini gördüyünüz mağazalarda Sizi xüsusi endirimlər gözləyir. Sevdiyiniz, bəyəndiyiniz malları sərfəli qiymətlərlə almaq istəyirsinizsə, mayın 10-dək həmin mağazalarda alış-veriş etməyə tələsin!

Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/our-stores/  linkində tanış olmaq olar. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!