MəsləhətSağlamlıq

Nanə bitkisinin faydaları

Nanənin faydaları haqqında çox eşitmisiniz. Nanədən mədə ağrıları, ürək bulanması vaxtı istifadə edirlər. Nanəli həlim isə, əsasən, hamiləliyin birinci rübündə toksikoz vaxtı qadınlara təyin olunur. Nanəli cövhər qastrit və ya mədə yaraları zamanı  istifadə oluna bilər. Bundan başqa nanə sətəlcəmə qarşı da effektiv təsirə malik olduğu üçün, onun köməyi ilə bronxit, zökəm, angina və bir sıra digər xəstəliklər müalicə olunur. Nanə, tərkibinə daxil olan mentolun sayəsində ağız boşluğunu da dezinfeksiya edir.

Gün ərzində 3 dəfə nanəli çay içməklə soyuqdəymə xəstəliklərin qarşısını ala bilərsiniz.  Əgər sizi daimi baş ağrıları narahat edirsə, bu zaman sadəcə alnınıza suda isladılmış nanə yarpağını qoyun və artıq bir müddətdən sonra siz özünüzü yaxşı hiss etməyə başlayacaqsınız.

Nanədən həmçinin  losyonların, vanna və kompresslərin hazırlanmasında istifadə olunur. Əgər üz dərinizi tonusda saxlamaq istəyirsinizsə, bu zaman nanə cövhərini buz formasında dondurun və hər gün onunla dərinizi silin. Dəriyə elastikliyi qaytarmaq üçün nanəli skrabdan istifadə edə bilərsiniz. Belə skrabı siz çox asanlıqla hazırlaya bilərsiniz: bunun üçün sizə nanəli cövhər, ilıq süd və üyüdülmüş yulaf lopaları lazım olacaq. Bütün bu məhsulları yaxşı qarışdırıb və üz dərisinə çəkmək lazımdır. Nanə yağının köməyi ilə isə qocalma proseslərinin qabağını almaq, angvil səpgisindən qurtulmaq və üzün rəngini təravətləndirmək olar.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!