Mobil dünyaTəqdimat

“Nar” abunəçiləri həftə sonlarında pulsuz danışır

“Həftəsonu fürsəti” kampaniyası “Nar” abunəçilərinə şənbə və bazar günləri öz aralarında pulsuz danışmaq imkanı yaradır. Bu kampaniyaya qoşulmaq üçün abunəçi heç bir ödəniş etmir; sadəcə *777#88#YES kodunu yığmaqla kampaniyaya qoşula bilərsiniz. “Nar” abunəçisi həftə içi günlərində istənilən istiqamətdəki zənglərə ən azı 2 AZN sərf etdiyi təqdirdə, “Həftəsonu fürsəti” kampaniyasının təqdim etdiyi bu imkandan yararlana biləcək. Kampaniya iki həftə ərzində davam edəcək və dekabr ayının 24-ü kampaniyaya son veriləcək.

Kampaniyaya qoşulmuş abunəçi *777#87#YES kodunu yığmaqla həftə ərzində danışıqlara nə qədər məbləğ sərf etdiyini asanlıqla öyrənə bilər. Ədalətli istifadə siyasətinə uyğun olaraq, “Həftəsonu fürsəti” kampaniyası çərçivəsində şənbə və bazar günləri üçün ayrılmış pulsuz danışıq vaxtı üçün ümumilikdə 500 dəqiqə (8 saatdan çox) təqdim olunur. Qeyd edək ki, telefonunuz 3G texnologiyasını dəstəklədiyi təqdirdə, siz həm də “HD voice” texnologiyasından faydalana bilərsiniz. Bir müddət öncə “Nar” şəbəkəsində tətbiq olunmağa başlayan “HD voice” texnologiyası mobil zəng zamanı ətraf səs-küyün basdırılması və səsin təmiz ötürülməsini təmin edir.

“Həftəsonu fürsəti” kampaniyası haqqında bütün məlumatı “Nar”.az/heftesonu-furseti səhifəsindən əldə edə bilərsiniz.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!