Mobil dünyaSəyahətTəqdimat

“Nar” abunəçilərinə Göyçayda keçiriləcək Nar bayramında iştirak şansı verir

Azərbaycanın milli-mədəni irsinə bağlılıq nümayiş etdirən və milli dəyərləri daim diqqət mərkəzində saxlayan “Nar” abunəçiləri üçün növbəti maraqlı müsabiqə elan edir. Mobil operator abunəçilərinə noyabrın 3-4-də Göyçayda təşkil ediləcək ənənəvi Nar bayramına getmək şansı verir. Bu məqsədlə, “Nar” sosial mediada müsabiqə elan edib. Müsabiqə oktyabrın 30-u saat 16:00-da başlayıb, noyabrın 2-si saat 12:00-a qədər davam edəcək. Nəticələr noyabrın 2-də elan ediləcək.

Suallar nar və Göyçay rayonu haqqında olacaq. Bütün suallara düzgün cavab verən ilk 20 nəfər “Nar” əməkdaşları ilə birlikdə Nar bayramında iştirak etmək üçün Goyçaya səfər edəcək. Müsabiqədə bu keçid vasitəsilə iştirak etmək olar: https://www.nar.az/promo/goychay-bayram.html

“Nar” kampaniyaları, məhsul, xidmət və tarifləri haqqında məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!