Nar yağı nəyə faydalıdır?

Nar bir meyvə kimi antioksidantlar, vitamin A, vitamin C, dəmir baxımından, olduqca zəngin ehtiyatlara malikdir. Nar yağı hər növ xərçəngə qarşı mübarizə üçün istifadə edilə bilər. Əlavə olaraq, dəridə hüceyrə zədələnməsinin qarşısını almaq üçün də istifadə edilə bilər.

Nar yağı arteriyaları təmizləyir: bəzən pis qida vərdişləri kimi bir çox səbəblərə görə arteriyalar zəifləyir. Nar çəyirdəyi yağının arteriyaların təmizlənməsində çox köməkçi olduğu müəyyən edilmişdir. Su və ya meyvə suyuna bir neçə damcı nar çəyirdəyi yağı əlavə edib gündəlik olaraq içmək damarların təmizlənməsinə yardımçı ola bilər.
Dərini qoruyur: nar çəyirdəyi yağı, ellagik turşu (təbii antioksidant) və omega-5 yağ turşuları baxımından zəngindir. Hər ikisi də qocalmanın ilkin əlamətlərinə səbəb olan sərbəst radikalları azaldır. Tədqiqatlar bu yağın dərini qoruduğunu müəyyən etmişdir.

Qan təzyiqinə qarşı yaxşı təsir göstərir: iflic keçirmə riski, gündəlik olaraq, nar çəyirdəyi yağı istehlakı ilə azala bilər.
Yüksək qan təzyiqini 5% azaltdığı deyilir. Nizamlı istehlakı isə yüksək qan təzyiqi riskini 60 faiz aşağı salır.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: