“Narimanfilm” kinostudiyasında tanışlıq və mükafatlandırma tədbiri keçirilib

Hindistan-Azərbaycan Kino və Mədəniyyət Forumunun Sədri, Marwah Studios prezidenti cənab Sandip Marvanın Azərbaycana səfəri zamanı  “Narimanfilm” kinostudiyasında tanışlıq və mükafatlandırma tədbiri keçirilmişdir.

“Narimanfilm” kinostudiyasının baş direktoru Nəriman Məmmədov c-b Sandip Marvaya Azərbaycan kinematoqrafiya ictimaiyyəti adından  mükafat təqdim edərkən demişdir: “Biz Hindistanın məşhur kino və televiziya xadimi c-b Sandip Marvanı Bakıda salamlamağa çox şadıq. Azərbaycanın kinematoqrafiya ictimaiyyəti kino, TV və KİV –nin inkişafı üçün göstərdiyi əvəzolunmaz xidmətlərə görə Sandip Marvanı böyük qürur hissi ilə təltif edir. Onun buraya gəlişi iki ölkə arasında yaradıcılıq və incəsənət inkişafı əlaqələrini daha da yaxşılaşdıracaq və möhkəmləndirəcək.”

Sandip Marva dünyada ən sürətlə inkişaf edən kinematoqrafiya şəhəri hesab olunan Noida şəhərciyinin əsasını qoymuşdur. O, həmçinin, Marwah Studios – un, Asiya Kino və Televiziya Akademiyasının yaradıcısıdır və 100-dən artıq milli və beynəlxalq təşkilatların təsisçisidir. Bu yaxınlarda Sandip Marva Hindistan hökuməti tərəfindən AAFT-nın KİV və İncəsənət Universitetinin kanslerı vəzifəsinə təyin olunmuşdur.

“Azərbaycan kinematoqrafiya ictimaiyyətinin mükafatını almaq mənim üçün çox xoşdur. Bu, rəhbəri olduğum Hindistan-Azərbaycan Kinoforumunun həyatına yeni nəfəs qatmışdır. Əminəm ki, biz yaxın zamanlarda bir çox yeni sazişlər imzalayacağıq. İCMEİ – Beynəlxalq KİV və Əyləncə İndustriyası Palatası bizim təşkilatı ən nüfuzlu təşkilatlar sırasına daxil olması üçün əlindən gələni əsirgəməyəcək.” –deyərək Sandip Marva kinostudiyada olan hər kəsə öz təşəkkürünü bildirdi.

Tədbirdə Hindistan deleqasiyasının bütün üzvlərindən başqa, Top Tours şirkətinin nümayəndəsi İlhamə Şirinova və, həmçinin,  Azərbaycan kinematoqrafiya işçiləri Rüstəm Şəfiyev, Emin Quliyev və Cəmilə Qəhrəmanova da iştirak etmişlər.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: