Hindistan Kinoxadimləri Numayəndə Heyəti ölkəmizin regionlarından bir neçəsini ziyarət edib

Azərbaycanda olduqları müddətdə Hindistan Kinoxadimləri Numayəndə Heyəti ölkəmizin regionlarından bir neçəsini, həmçinin Qəbələni də ziyarət etmişdir. Ölkəmizin qədim diyarının təbiətinin qeyri-adi, saf gözəlliyi, eləcə də, müasir otel kompleksləri və dağ-xizək kurortundakı xidmətin yüksək səviyyəsi qonaqlarımızda çox gözəl təəssürat oyatmış və onlar Azərbaycanla bağlı gələcək planlarını bizimlə bölüşmüşlər:

David Dhawan: Düşünürəm ki, bu çəkiliş üçün çox yaxşı və yeni bir məkandır. Əvvəl mən tərəddüd edirdim, lakin Qəbələyə gəldikdən sonra bu lokasiyanın nə qədər saf olduğunu gördüm. Burada həm böyük Bollivud filmləri, həm də kliplər çəkmək olar.

Ratan Jain: Qəbələ çox gözəl bir yerdir və bizim çox xoşumuza gəlir. Mən dəqiq burada film çəkmək istəyirəm.

N.R.Pachisia: Çox sağ olun ki, bizi Qəbələyə dəvət etmisiniz. Bura əla məkandır və biz buraya heyranıq. Qəbələdə çox film çəkmək olar.

Rajat Rawail: Biz indi Qəbələdə, bu gözəl dağ-xizək kurortundayıq. Burada kafe və restoranlar da əladır. Narimanfilm böyük bir iş apararaq bizi buraya gətiribvə bu diyarla tanış edib. Və biz Narimanfilmə uğur diləyirik. Azərbaycan möhtəşəm ölkədir, onu ziyarət etməyə dəyər!  Hamıya xeyir arzulayıram!

Jain Ganesh: Mən Bakıdayam, bura çox əlverişli məkandır və biz burada mütləq çəkiliş aparmalıyıq. Bu gözəl məkandır və Narimanfilm komandası çəkiliş üçün vacib olan hər bir avadanlığı tapmaqda Sizə kömək  edə bilər.Cənublular da buraya çəkiliş üçün tez-tez gəlirlər. İndi də biz Bollivuddan buraya skautinqə gəlmişik. Bu məkanın çox gözəl və qeyri-adi olduğuna əmin olduq. Budur ki, Bakıya gəlin, bura əla lokasiyadır! Təşəkkür edirəm!

Xatırladırıq ki,  Bollivud kinoxadimlərindən ibarət olan Hindistanlı qrupu Azərbaycanı “Narimanfilm” kinokompaniyasının təşəbbüsü ilə ziyarət etmişdir. 10 nəfərdən ibarət olan qrupa  məşhur Bollivud rejissoru, Hindistanda ən yaxşı rejissor işinə görə Filmfare mükafatına layiq görülmüş David Dhawan rəhbərlik edir. Həmçinin, qrupa Rawail Rajat, Babani Rajender, Bhagnani Khemchand, Galani Vijay, Shah Pravin, Pachisia N.R., Jain Ratan, Jain Ganesh, Taurani Ramesh kimi məşhur rejissor və prodüserlər də daxildir.

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: