“Nar”-dan fiziki məhdudiyyətli insanlara karyera fürsəti

“Nar” “British Council”-un təşkilatçılığı ilə Fiziki Məhdudiyyətli Şəxslərin Məşğulluq Qabiliyyətlərinin Artırılması layihəsi çərçivəsində karyera sərgisində iştirak edib. Sərgidə mobil operator media əlaqələri üzrə mütəxəssis, illustrator və qrafik dizayner, korporativ satış mütəxəssisi və digər vakant yerlərə sənəd qəbulu təşkil edib. 23 noyabrda keçirilmiş sərgidə “Nar” stendinə maraq böyük olub. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıqda “British Council” tərəfindən icra olunur. Layihənin əsas məqsədi Bakıda yaşayan fiziki məhdudiyyətli insanların məşğulluq bacarıqlarını inkişaf etdirməklə onların iş imkanlarını genişləndirməkdir. Bu məqsədə nail olmaq üçün layihənin iştirakçıları 2018-ci il ərzində ingilis dili, kompüter və sosial bacarıqların inkişaf etdirilməsi üzrə təlimlərə cəlb ediliblər.

Qeyd edək ki, “Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində əhəmiyyətli sosial aksiyalar həyata keçirir. Mobil operator fiziki məhdudiyyətli insanlara qayğı göstərmək və onların cəmiyyətə inteqrasiya olunması istiqamətində müxtəlif addımlar atır. Yerli biznes mühiti üçün nümunə olaraq qeyd etmək lazımdır ki, “Azerfon” şirkətində (“Nar” ticarət nişanı) hazırda fiziki məhdudiyyətli şəxslər də çalışır.

Mobil operatorun həyata keçirdiyi layihələr haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: