EventsTəhsilTəqdimat

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Üzvlərinin Məclisi

16 sentyabr tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Üzvlərinin növbəti Məclisi keçirildi.

68 gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə onlayn formatda həyata keçirilmiş Məclisdə açılış nitqini ARGTMŞ-nın sədri Məryəm Məcidova səsləndirdi. Daha sonra Məclisin sədri Araz Əhmədov 2020-ci ili üçün ARGTMŞ-nın sonuncu Məclisini rəsmi olaraq açıq elan edərək iştirakçıları Məclisin Gündəliyi ilə tanış etmişdir.

Məclisin gündəliyinin təsdiqlənməsindən sonra ARGTMŞ-nın Baş katibi Azər Əliyev 2020-ci ilin Mart-Sentyabr aylarını əhatə edən fəaliyyət hesabatını təqdim edərək bu müddət ərzində həyata keçirilmiş layihələr və tədbirlər haqqında təqdimat etdi.

Məclisin davamında isə ARGTMŞ-nın Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Sona Abdullayeva ARGTMŞ-nın son 6 aylıq maliyyə hesabatını təqdim etdi.

Məclis Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyinin sədri Fərhad Abdulov, Böyük Yol Gənclər İctimai Birliyi sədri Qoşqar Qurbanov və  Erasmus Tələbə Şəbəkəsi – Azərbaycan İB (ESN) sədri Orduxan Qəhrəmanzadənin ARGTMŞ-ya tam hüquqlu üzv olmaq üçün müraciətlərinin dinlənilməsi ilə davam etmişdir. Sədrlərin çıxışlarından sonra onlayn səs vermə həyata keçirilərək, müvafiq təşkilatların üzvlüyə müraciəti səsçoxluğu ilə qəbul olunmuşdur.

Gənclər Təşkilatlarının Resurs Mərkəzinin təqdimatı ilə çıxış edən ARGTMŞ-nın Üzv təşkilatlarla iş üzrə katibi Fatimə Vəliyeva Resurs Mərkəzinin fəaliyyəti barədə danışaraq, üzv təşkilatların hansı qaydalar və şərtlər daxilində Mərkəzdə rezidentlik əldə etməsi və istifadəsi məsələlərinə toxunmuşdur.

Məclisin yekunu olaraq səsvermə keçirilmiş və ARGTMŞ-nın XVII Hesabat-Seçki Qurultayı 21 noyabr 2020-ci il üçün təyin edildi.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!