Sankt-Peterburq-da Azərbaycan və Rusiya nümayəndələri arasında görüş keçirilib

Tədbirdə Rusiyanın Elm və Ali Təhsil Nazirliyinin nümayəndəsi, Rusiyanın Gənclər və Uşaq Təşkilatları Milli Şurasının sədri Petushkov Grigory, Sankt-Peterburq Gənclər Siyasəti və Qeyri-Hökumət Təşkilatları Komitəsinin sədr müavini Məmişov Nizami, Azərbaycan gənclər birliyinin sədri, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətininnümayəndəsi İsmayılov Zülfüqar, universitet nümayəndələri və digər şəxslər iştirak etmişlər. Eyni zamanda, Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova və Azərbaycanın Gənclər və İdman Nazirliyinin əməkdaşı Rüstəm Abdullayev də tədbirdə iştirak etmişlər.

Tədbirin ilk günü – 1 aprel tarixində Smolny şəhərində Sankt-Peterburq Xarici Əlaqələr Komitəsinin sədri Yevgeni Qriqoryev və Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev tərəfindən Azərbaycan və Rusiya gəncləri arasında əməkdaşlıq məsələləri ilə bağlı geniş müzakirələr aparılmışdır.

Daha sonra, tədbirin gedişatı zamanı təklif olunan layihələr və 2019-cu ilin sentyabrında Sankt-Peterburqda keçiriləcək VII Rusiya-Azərbaycan Gənclər Forumu barədə genişmüzakirələr aparılmışdır.

Tədbirin son günü – 2 aprel tarixində isəAzərbaycanlı qonaqlar – İntiqam Babayev, Məryəm Məcidova və Rüstəm Abdullayev Lensoveta adına mədəniyyət sarayının səhnəsində  “31 iyun”musiqili konsertini izləmiş, daha sonra isə Azərbaycan gənclər birliyinin fəal gəncləri ilə görüşmüş və iki ölkəgəncləri arasında əməkdaşlığın perspektivlərini müzakirə etmişlər.

#AzeYouthPolicy #YouthStrategy

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: